Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 16 şəhid dəfn olunacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Şəxsiyyətləri müəyyənləşdirilən şəhidlərin hamısı hərbçidir. Onlar Quliyev Abdulla Novruz oğlu, Şahhüseynov Lətif Qəribalı oğlu, Şahmurov Mübariz Ağahüseyn oğlu, Abbasov Rəfael Sultan oğlu, Mehdiyev İlham İmdad oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu, Quliyev Elçin Balaxan oğlu, Əzizov Fikrət Abbas oğlu, Rəhimov Cəmil Nizami oğlu, Nuriyev Aydın Nəriman oğlu, Hüseynov Çingiz Usub oğlu, Qəmbərov Səfər Qarsalan oğlu, Əliyev Mikayıl Atababa oğlu, Allahverdiyev Teymur Qüdrət oğlu, Heydərov Elçin Ağamməd oğludur. pizza hut
Onlar oktyabrın 28-i, 29-u, 30-u və 31-də Bakı, Şirvan, Göyçay, Abşeron, Sumqayıt, Xocalı, Neftçala və İmişlidə dəfn olunacaqlar.
Telegram kanalımız