Daha 175 vətəndaşımız təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Daha 175 vətəndaşımız təxliyə edildi

Sosial

03 Aprel 2020 16:52 761


"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün İstanbuldan Bakıya çarter reysi yerinə yetirib. 

"Yenisabah" bildirir ki, bu barədə AZAL məlumat yayıb.

Həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb.  Dördpendirli pizza

Eyni zamanda bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə 69 sərnişin üçün London-Bakı reysi həyata keçirilib.

Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL-ın  təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

"AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur", - aviaşirkət bəyan edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!