Daha 3 cüdoçumuz beynəlxalq turnirdə medal qazana bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Daha 3 cüdoçumuz beynəlxalq turnirdə medal qazana bilmədi

İdman

05 Avqust 2023 21:49 1611


Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinin ikinci günündə də medal qazana bilməyib.

"Report"un məlumatına görə, yarışda bu dəfə 3 cüdoçu mübarizəyə qoşulub.

Yalnız Səid Mollai 81 kq çəki dərəcəsində medal əldə etməyə yaxın olub. Lakin o, 3-cü yer uğrunda görüşdə yaponiyalı Takanori Naqaseyə uduzub. Sezar pizza

Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81) isə mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq) və Gültac Məmmədəliyeva (52 kq) uğursuz çıxış ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!