Daha 3 cüdoçumuz mötəbər turnirdə mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Daha 3 cüdoçumuz mötəbər turnirdə mübarizəyə başlayır

İdman

07 İyun 2021 10:46 680


Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 

Yenisabah.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə başlayacaq. Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.

Şıxəlizadənin ilk rəqibi Lyütsian Dumitreski (Rumıniya) olacaq. Səfərov mübarizəyə İrlandiya təmsilçisi Natan Bernsə qarşı görüşlə start verəcək. pizza mizza

Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitska - Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!