İtaliyanın D liqasında çıxış edən "Pyaneze"nin 3 futbolçusu koronavirusa yoluxub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, yoluxanlar hazırda həkim nəzarətindədir. Eyni zamanda, klubun 1 əməkdaşı da epidemiyaya yoluxub.
Qeyd edək ki, İtaliyada bu xəstəliyə tutulanların sayı 600-ü keçib. Artıq 17 nəfər həyatını itirib. Telegram kanalımız