Daha 4 ölkə DÇ-2030-a namizədliyini irəli sürdü

saytların hazırlanması

Evə çatdırılma

Daha 4 ölkə DÇ-2030-a namizədliyini irəli sürdü

İdman

03 Avqust 2022 09:25 982


Uruqvay, Argentina, Çili və Paraqvay 2030-cu il dünya çempionatına birgə namizədliyini irəli sürüb.

Yenisabah.az xəbər verir ki, 2017-ci ildə Uruqvay və Argentinanın başlatdığı kampaniyaya Çili və Paraqvay 2019-cu ildən qoşulub. 92 il əvvəl - Uruqvayda keçirilmiş DÇ-1930-un finalında təşkilatçı ölkə Argentina ilə üz-üzə gəlib və qələbə qazanıb - 4:2.

Daha əvvəl İspaniya və Portuqaliya da DÇ-2030-a namizədliyini verib. İspaniyadan Madrid, Barselona, Sevilya, Malaqa, Bilbao, La Korunya, Xixon, Valensiya, Saraqosa, Las Palmas, Mursiya və San Sebastyan şəhərləri mundialın oyunlarını keçirmək istəklərini ifadə ediblər. pizza hut

İlk iki şəhər hərəyə iki stadion təklif edib. Ona görə də ölkə qarşısında çoxsaylı namizəddən 11-ni seçmək vəzifəsi durur. Portuqaliya isə 3 stadionla təmsil olunacaq. Onlardan 2-si Lissabonda, 1-i Portudadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!