Daha 4 rayonda ağac əkini həyata keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Daha 4 rayonda ağac əkini həyata keçirildi

Sosial

11 Mart 2020 14:11 606


Yaz ağacəkmə kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  daha 4 rayonda ağac əkini həyata keçirilib.

"Yeni Sabah"ın xəbərinə görə, Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən Masallı, Şəmkir, İsmayıllı və Zaqatala rayonlarında son 3 gün ərzində 20 hektar ərazidə  21 580 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib. “Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yaz ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisində 100 hektar sahədə 116 200 müxtəlifcinsli ağac əkilib”. 

R.İbrahimov ağacəkmə aksiyalarının mövsümün sonunadək davam etdiriləcəyini bildirib.  pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!