Daha 5 güləşçimiz Budapeştdə qızıl medal qazana bilər

saytların hazırlanması

Evə çatdırılma

Daha 5 güləşçimiz Budapeştdə qızıl medal qazana bilər

İdman

03 Aprel 2022 09:10 597


Bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi Budapeştdə keçirilən Avropa çempionatında medal qazana bilər.

Yenisabah.az xəbər verir ki, yarışın sonuncu günündə 82 kq çəki dərəcəsində mübarizə aparan dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov final görüşünə çıxacaq. O, həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək.

60 kq-da yarışan Murad Məmmədov bürünc medal uğrunda qarşılaşmada Razvan Arnaut (Rumıniya) - Helari Maigisalu (Estoniya) cütünün qalibi ilə, 67 kq-dakı Həsrət Cəfərov Sebastian Nadla (Serbiya), 72 kq-da yer alan Ülvi Qənizadə Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) cütünün güclüsü güləşəcək. Pepperoni pizza

97 kq-da çıxış edən Murat Lokyayevin 1/8 finalda uduzduğu finlandiyalı Arvi Savolaynen finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Lokyayev yunanıstanlı Laokratis Kesidislə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.

Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!