Daha 5 güləşçimiz hərbçilər arasında dünya çempionatında medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha 5 güləşçimiz hərbçilər arasında dünya çempionatında medal qazandı

İdman

30 Noyabr 2023 18:57 1125


Azərbaycanın daha beş güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb.

Yenisabah.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan yeddi təmsilçimizdən beşi fəxri kürsüyə yüksəlib.

Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər. Sezar pizza

Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!