Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

İdman

22 Aprel 2023 10:55 892


Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. 

Yenisabah.az xəbər verir ki, idmançılarmız 1/8 finaldan mübarizəyə başlayacaqlar. 

Nihat Məmmədli (60 kq) Edmond Nazaryanla (Bolqarıstan) qarşılaşacaq. Pepperoni pizza

Həsrət Cəfərov (67 kq) Pedro De Moraisin (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kulikinlə (Ukrayna) üz-üzə gələcək. 

Rafiq Hüseynov (82 kq) Mark Veberlə (İsveçrə),  Arif Niftullayev (97 kq) Artur Omarovla (Çexiya) qarşılaşacaq. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!