Daha 8 toyda qaydalar pozuldu

saytların hazırlanması

Evə çatdırılma

Daha 8 toyda qaydalar pozuldu

Hadisə

01 Avqust 2021 16:55 879


Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində Alpout, Müsüslü, Məlikballı, Təzə Şilyan, Yuxarı Şilyan və Qaracallı kəndlərində yerləşən 8 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, qayda pozuntularına yol vermiş ev sahibləri ilə mövcud qaydalar haqqında izahedici söhbətlər aparılıb.

Qeyd edilib ki, onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!