Daha 80 ailə doğma yurdlarına köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Daha 80 ailə doğma yurdlarına köçürüldü

Siyasət

15 Noyabr 2025 08:56 367


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, noyabrın 15-də Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!