“Xəzər Lənkəran”nın sabiq futbolçusu Alfred Sankohun yeni klubu bəlli olub.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Farer Adalarının yüksək liqa təmsilçisi “Runavik”lə anlaşıb. 31 yaşlı futbolçu Runavik təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Sierra Leoneli futbolçu keçidini bu cür şərh edib: Pepperoni pizza
“Bura keçdiyim üçün çox xoşbəxtəm. Çünki Norveç klubunda daha az maaş alırdım. Həm də burada Avropa Liqasında oynamaq kimi bir şansım olacaq. Əlimdən gələnin daha artığını etməyə çalışacağam. Keçən mövsüm milliyə çağırılmasam da, bu il milliyə çağırılmağım üçün bütün güclərimi ortaya qoymalıyam”.
Qeyd edək ki, A.Salkoh 2014-2015-ci ildə “Xəzər Lənkəran”ın heyətndə 26 oyuna çıxıb və 2 qol vurub.
Naibə
Telegram kanalımız