Daha bir 200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir 200 manatlıq əskinas saxtakarlığı ortaya çıxdı

Hadisə

02 Dekabr 2019 18:54 1202


Azərbaycanda ən böyük əskinas nominalı olan 200 manatlığın təzəlikcə dövriyəyə buraxılmasına baxmayaraq, dələduzlar artıq onu saxtalaşdırmağa cəhd ediblər. Bakının Binəqədi rayonunda saxta əskinasla bağlı ikinci hadisə qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, Binəqədi rayonunun 4-cü Polis Bölməsinə 1993-cü il təvəllüdlü Əsəd Cəfərli müraciət edib.

Gəncin sözlərinə görə, o, Binəqədi şossesində mağazada satıcı işləyir. Ə.Cəfərli bildirib ki, naməlum alıcı onunla 200 manatlıq əskinas vasitəsilə hesablaşıb.  Dördpendirli pizza

Pulun saxta olduğunu satıcı sonradan, əskinasa diqqət edəndə anlayıb. Bu müddətdə həmin şəxs aradan çıxıb.

Faktla bağlı istintaqa başlanılıb. Əməliyyatçılar dələduzun kimliyini müəyyənləşdirməyə çalışırlar. /oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!