Daha bir ağac kəsən şəxs cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ağac kəsən şəxs cərimələndi

Sosial

25 İyun 2020 12:35 764


Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlif cinsli beş ağacın kəsilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, təcili tədbirlər nəticəsində, polis əməkdaşlarının köməyi ilə ağacları kəsən şəxsin 23-BG-880 dövlət nömrə nişanlı Qazel markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb və qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu məlum olub. 

Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimə olunub. pizza

ETSN İsmayıllı əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsinlər, tənbeh  etsinlər, ictimai yerlərdə qınasınlar, meşələrin mühafizə olunmasında kömək göstərsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!