“Turan Tovuz”la yollarını ayıran Sertan Taşkın Türkiyə klubuna keçib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 və əsas millisində çıxış etmiş 26 yaşlı müdafiəçi ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sertan karyerasını Tükiyənin 1-ci liqasında çıxış edən “Manisa” klubunda davam etdirəcək. pizza mizza
Qeyd edək ki, Sertan Taşkın “Turan Tovuz”a mövsümün əvvəlində “Zirə”dən transfer olunmuşdu.
Telegram kanalımız