Daha bir cüdoçumuz medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir cüdoçumuz medal qazandı

İdman

03 Aprel 2021 00:20 1168


Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Stepien (Polşa) və Din Gemeri (İsrail) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli David Karapetyanla görüşməli idi. Rəqibi tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. 3-cü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.

Beləliklə ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb. Bu gün tatamiyə çıxan digər iki cüdoçumuz - Zelim Çkayev(-81 kq) və Günel Həsənova(-70 kq) ilkin mərhələdə uduzub. pizza hut

Qeyd edək ki, ilk yarış günündə 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal əldə edib.

Böyük Dəbilqəyə aprelin 3-də yekun vurulacaq. Milli komandamız turnirdə 13 cüdoçu ilə təmsil olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!