Daha bir dəhşətli təyyarə qəzası oldu: Həlak olanlar var

saytların hazırlanması

Evə çatdırılma

Daha bir dəhşətli təyyarə qəzası oldu: Həlak olanlar var

Dünya

18 Mart 2025 08:40 1653


Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.

Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb. İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.

Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş "Jetstream 41" təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib. pizza mizza

Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. /lent.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!