“Qalatasaray” klubu Viktor Osimendən sonra daha bir dünya ulduzunu transfer etmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki, İstanbul nəhənginin bu dəfəki hədəfi “Liverpul”un misirli oyunçusu Məhəmməd Salahdır.
“Sarı-qırmızılar” mövsümün sonunda müqaviləsi bitəcək Salahın transferini reallaşdırmaq niyyətindədir. Hücumçu növbəti il “Liverpul”da qalmayacağını açıqlayıb. Buna səbəb kimi “mersisaydlıların” futbolçuya uyğun təklif etməməsi göstərilir. pizza mizza
“Liverpul” bu mövsüm İngiltərə liqasında 8 xal fərqi ilə liderdir. Komandanın əsas qol silahı məhz Məhəmməd Salah hesab olunur.
Telegram kanalımız