Ermənistanın daha bir sabiq Milli Təhlükəsizlik Xidməti (MTX) direktoru İrəvandakı etiraz aksiyalarına qatılıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu şəxs Mikael Ambartsumyandır.
O, müxalif “Patev unem” ("Şərəfim var") fraksiyasnının rəhbəri Artur Vanetsyanın Azadlıq meydanında təşkil etdiyi oturaq etiraz aksiyasına qoşulub. Dördpendirli pizza
“Vanetsyanın bütün narahatlığını bölüşürəm və onu başa düşürəm. Biz qeyri-hökumət təşkilatımızla birlikdə onun fikirlərini və çağırışlarını reallığa çevirmək üçün hər şeyi edəcəyik.
Azadlıq meydanına çox adam gəlmirsə, bu o demək deyil ki, problemlərlə bağlı narazılıq və narahatlıq yoxdur. Bəli, bir çox insanlar fiziki cəhətdən hərəkətsizdir və evdə oturmağa üstünlük verirlər. Lakin bu, onların laqeyd olduqları demək deyil. Meydandan mühakimə yürütməyə ehtiyac yoxdur. Əminəm ki, meydanlar dolacaq”, - deyə Mikael Ambartsumyan vurğulayıb
Telegram kanalımız