“Dirçələn Ermənistan” partiyasının nümayəndəsi Mariya Petrosyan deputat mandatından imtina qərarına gəlib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, o, qərarını partiyasının Milli Məclisi tərk etmək qərarına gəlməsi ilə əsaslandırıb.
Xatırladaq ki, “Hayastan” alyansına daxil olan “Dirçələn Ermənistan” partiyası parlamentdəki fəaliyyətini dayandırdığını elan etdikdən sonra fraksiyasında boş qalan mandatların sayı çoxalıb. Partiyanın 3 nümayəndəsi deputat mandatından imtina ilə bağlı ərizə verib. pizza hut
Xatırladaq ki, Mariya Petrosyandan savayı, Ruben Melkonyan və Robert Ayrapetyan da deputat mandatından imtina ediblər.
Telegram kanalımız