Daha bir əxlaqsızlıq yuvası aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Kriminal

07 Avqust 2020 14:41 1109


Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mil qəsəbəsinin sakini V.Quliyevin yaşayış məntəqəsinin ərazisində işlətdiyi hotelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin hoteli icarə əsasında işlədən V.Quliyev və orada olan iki nəfər “müştəri” saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!