Daha bir federasiyaya yeni prezident seçildi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir federasiyaya yeni prezident seçildi

İdman

08 Dekabr 2021 19:27 640


Azərbaycan Badminton Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib. pizza hut

Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə İdarə Heyətinin üzvləri seçiliblər.

İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək, uğurlar arzulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!