Daha bir generalın müəmmalı ölümü

saytların hazırlanması

Evə çatdırılma

Daha bir generalın müəmmalı ölümü

Dünya

31 Dekabr 2024 16:48 599


Dekabrın 31-də Moskvada daha bir yüksək rütbəli rus generalının təntənəli dəfn mərasimi keçirilib. Ölən şəxs Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunları komandanının müavini, general-mayor Konstantin Smeşkodur. Onun ölüm şəraiti məlum deyil, yalnız tarix məlumdur - dekabrın 26-sı.

“AzPolitika” xəbər verir ki, bu barədə bir sıra Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, Smeşko bu vəzifəni 2017-ci ildən tuturdu. 2014-cü ildə Krımın işğalında iştirak edib, xüsusən Rusiya Federasiyası ərazisindən müvəqqəti işğal olunmuş yarımadaya bərə keçidləri yaradıb. Toyuqlu pizza

Rus generalın hansı şəraitdə öldüyü məlum deyil. Onun ölüm tarixi dekabrın 26-dır. Lakin məlumdur ki, dekabrın 25-də Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Lqov şəhərindəki 810-cu dəniz piyada briqadasının komanda məntəqəsinə hücum edib. Bu hücum nəticəsində əksəriyyəti yüksək rütbəli zabitlərdən ibarət 18 rus hərbçisi öldürülüb. Buna görə də ehtimal etmək olar ki, Smeşko hücum zamanı orada olub və başqaları ilə birlikdə ölüb, yaxud ağır yaralanıb və hərbi hospitalda dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!