Daha bir güləşçimiz Avropa çempionatında finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir güləşçimiz Avropa çempionatında finala yüksəldi

İdman

18 Aprel 2023 19:48 797


Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Yenisabah.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov yarımfinalda Ermak Kardanova (Slovakiya) qalib gəlib.

O, aprelin 19-da qızıl medal uğrunda görüşə çıxacaq. pizza

Bu gün, həmçinin, digər beş sərbəst güləşçi medal görüşlərinə çıxacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!