Daha bir güləşçimiz dünya çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir güləşçimiz dünya çempionatında bürünc medal qazandı

İdman

21 İyul 2021 00:07 989


Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, dünya çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cavid Cavadov mübarizəyə səkkizdbir finaldan başlayıb və debütdə qazaxıstanlı həmkarı ilə bacarmayıb.

Rəqib finala yüksəldiyi üçün C.Cavadov iyulun 20-də təsəlliverici görüşə çıxıb. Gürcü güləşçiyə qalib gələn təmsilçimiz sonuncu qarşılaşmada Hindistan pəhləvanından güclü olub və bürünc medalı boynundan asıb./Trend Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!