Daha bir güləşçimiz qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir güləşçimiz qızıl medal qazandı

İdman

12 Mart 2022 22:56 520


Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Yenisabah.az xəbər verir ki, 97 kq çəki dərəcəsindən çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub. pizza sifarişi

79 kq-dakı Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!