Daha bir həmkarı müğənni Rəqsanə İsmayılovaya qarşı çıxıb.
Yenisabah.az xəbər verir ki, Əməkdar artist Ruhəngiz Allahverdiyeva onun toy üçün Moskvaya gedən xanım həmkarlarını tənqid etməsinə sərt reaksiya verib.
Belə ki, müğənni “Elgizlə İzlə” verilişində qonaq olarkən bu barədə danışaraq şəxsi həyatın toxunulmaz olduğunu qeyd edib: pizza hut
“Mən Moskvadakı toylarda çıxış edən illərdə heç kəs yox idi. İndi getmək fikrim yoxdur. Vəziyyət düzəldikdən sonra toya və konsertə getmək olar. Baxıram, müğənnilər bir-birini yıxır, vurur. Lazım deyil! Kim hardan, necə getdi, nələr etdi... Onsuz da kimin ürəyi nə istəyibsə, onu da edib. Bu, onun şəxsi işidir. Ancaq yıxıb-sürümək, ünvanına nəsə demək, xətrinə dəymək olmaz, günahdır. Heç kəsi qınamasınlar. Bir-birimizi alçaltmayaq”.
Qeyd edək ki, bir neçə gün öncə müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən qadın həmkarlarını sərt tənqid edərək onların qeyri-etik hərəkətlər etdiyini bildirmişdi.
Telegram kanalımız