Daha bir hərbçimizin şəhid olduğu məlum oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir hərbçimizin şəhid olduğu məlum oldu - Foto

Hadisə

03 İyun 2021 00:45 1024


Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.

Göygöl rayonu, Murovdağ qəsəbə sakini MAHHXQ 1999-cu il təvəllüdlü Verdiyev Eldəniz Rabil oğlunun Murovdağ istiqamətində nəşi tapılıb. Toyuqlu pizza

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Verdiyev Eldəniz Rabil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!