Daha bir icra başçısının müavini koronavirusa yoluxdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir icra başçısının müavini koronavirusa yoluxdu - Foto

Siyasət

24 İyun 2020 14:20 779


Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və əməkdaşlarından yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar götürülən test analizlərinin nəticələri məlum olub.

Yenisabah.az bildirir ki, bu barədə "Report"a Goranboy Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.  

Onun sözlərinə görə, Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənovun testinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən o, ev şəraitində karantinə alınıb. Hazırda C.Həsənovun evdə müalicəsi davam etdirilir. pizza hut

Goranboy RİH-in başçısı və digər əməkdaşlarının koronavirus testinin nəticələri isə neqativ olub.

Qeyd edək ki, daha əvvəl Samux RİH başçısının müavini Qəzənfər Əliyev koronavirusa yoluxmuşdu. Q.Əliyev iyunun 20-də müalicə edildiyi Goranboy RMX-da dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!