Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Paris Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Yenisabah.az xəbər verir ki, o, qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.
Rəqibinə uduzan (0:2) təmsilçimiz turnirlə vidalaşıb. O, ilk turda Çin təmsilçisi He Bin Çzyaoya da məğlub olmuşdu. pizza mizza
Qeyd edək ki, qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayır.
Telegram kanalımız