Daha bir kişi intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir kişi intihar etdi

Kriminal

22 Fevral 2021 14:29 919


"Kristal Abşeron"un yeni tikilən binasında çalışan fəhlə özünü asaraq intihar edib.

Yenisabah.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Kristal Abşeron"un yeni tikilən binalarının birində baş verib.

Həmin binada fəhlə işləyən, 1975-ci il təvəllüldlü Rauf Təhmasib oğlu Məmmədov özünü yeni tikilidə asaraq intihar edib. Məlumata görə, həmin binada yaşayış yoxdur, onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. pizza mizza

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!