Daha bir komet gəlir - Mayın 27-də...

saytların hazırlanması

Evə çatdırılma

Daha bir komet gəlir - Mayın 27-də...

Dünya

21 Aprel 2020 15:18 809


May ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edilib.

Yenisabah.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək.

Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, mayın 12-də isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək. pizza hut

Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.

Xatırladaq ki, aprelin 11-də Yer kürəsinə yaxınlaşması gözlənilən “Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!