Daha bir “Leş mafiyası” aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir “Leş mafiyası” aşkarlandı

Sosial

27 Sentyabr 2019 11:40 1120


Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinini (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. Bildirilib ki, növbəti belə tədbir Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz rayonunda keçirilib. 

Rayon sakini Nicəsur Mövsümova məxsus Qara-qaşlı kənd ərazisində yerləşən fermaya keçirilən baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız  300 kiloqramdan artıq çəkidə at əti  və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb. Toyuqlu pizza

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!