Məktəb direktoru işdən çıxarıldı -   Əmək kitabçasına bu sözlər yazıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktoru işdən çıxarıldı - Əmək kitabçasına bu sözlər yazıldı

Sosial

23 Oktyabr 2025 12:04 12907


Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Anar İmanov vəzifəsindən azad edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.

Dövlət Agentliyindən bildirilib ki, daxil olan vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Marqarita pizza

Qeyd olunub ki, araşdırma nəticəsində məktəbin direktoru A.İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı,  təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu  aşkar edilib. 

Aşkar edilmiş nöqsanlara görə, adıçəkilən məktəbin direktoru Anar İmanov ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) ləğv edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!