Daha bir keçmiş məmurun Praqadakı şirkətləri üzə çıxdı -   Fotofaktlar

saytların hazırlanması

Evə çatdırılma

Daha bir keçmiş məmurun Praqadakı şirkətləri üzə çıxdı - Fotofaktlar

Kriminal

05 İyul 2020 10:19 2428


Azərbaycanda vaxtilə yüksək vəzifə tutmuş Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:

Onun sözlərinə görə, Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətin də bir hissəsinə Füzuli rayonunun adı verilib.  Pepperoni pizza

Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Praqa, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.

Qeyd edəl ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika naziri Pərviz Şahbazovun əmri ilə nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!