Daha bir məşhur Avro-2020-ni buraxacaq - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məşhur Avro-2020-ni buraxacaq - Foto

İdman

17 Yanvar 2020 10:42 1098


İngiltərə millisinin və “Tottenhem”in futbolçusu Harri Keyn uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

“Yeni Sabah” xəbər verir ki, tibbi müayinədən keçən hücumçunun durumunun ciddi olduğu bildirilir. 

26 yaşlı futbolçunun cərrahı Kris Uilson onun Avropa çempionatını buraxacağını deyib: Dördpendirli pizza

"Keyn 6 ay futbol oynamayacaq. Əməliyyatdan sonra ona uzun müddət bərpa prosesi keçəcək. Keynin apreldə yaşıl meydanlara qayıdacağını deyirlər. Ancaq hazırkı durumda o sağalsa, buna ancaq təəccüblənərəm. Harri yalnız gələn mövsümə hazır ola bilər". 

H.Keyn İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində yanvarın 1-də keçirilən "Sauthempton"la matçda zədə almışdı. 

Xatırladaq ki, Türkiyə millisinin və “Yuventus”un futbolçusu Merih Demiral da Avro-2020-ni zədə səbəbi ilə buraxmalı olacaq. 21 yaşlı müdafiəçi sol dizinin çarpaz bağı qopduğu üçün əməliyyat olunub, onun bərpa prosesi 6-7 ay çəkəcək. 

Qeyd edək ki, M.Demiral İtaliya A Seriyasının 19-cu turunda “Roma” ilə görüşün (2:1) birinci hissəsində zədələnib.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!