Daha bir məşhur namizədliyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məşhur namizədliyini açıqladı

Sosial

25 Dekabr 2019 21:20 1149


Tanınmış marketoloq, PR menecer Nigar Arpadarai parlament seçkilərində namizəd kimi iştirakla bağlı qərar verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nigar Arpadarai "Facebook" hesabında məlumat verib.

O, qeyd edib ki, ətraflı düşünəndən və ailəsi, yaxınları ilə müzakirə və məsləhətləşmədən sonra 9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilər prosesinə namizəd qismində qatılmağa qərar verib: Dominos pizza

"Ailəsinin və övladlarının gələcəyini, doğma vətənimiz Azərbaycan ilə bağlayan bir insan üçün, bu proseslərdən, xüsusilə də yeni nəsil Parlamentinin, qanunverici və təmsilçi orqanın, formalaşması prosesindən kənarda qalmaq doğru deyil. Bu gün sənədlərimi doğulduğum, yaşadığım və işlədiyim gözəl və sevimli şəhərimizin mərkəzi rayonu olan 29 saylı Səbail seçki dairəsinə bitərəf namizəd kimi təqdim etdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!