Daha bir məşhur Orduya 5 min manat ianə etdi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məşhur Orduya 5 min manat ianə etdi

Şou

06 Oktyabr 2020 15:25 12980


Azərbaycan torpaqları uğrunda sentyabrın 27-si səhər saatlarından başlayan döyüşlər davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır.

Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir. Bu ərəfələrdə azərbaycanlı məşhurlar da Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər. 

Yenisabah.az xəbər verir ki, orduya dəstək olanlar sırasına tanınmış teleaparıcı, şairə Nazilə Səfərli də qoşulub. pizza mizza

Bu barədə sosial şəbəkə hesabında qəbzin görüntülərini yayımlayan şairə orduya 5 min manat ianə etdiyini bildirib.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarov, Nadir Qafarzadə, Tarix Əliyev, Zaur Baxşəliyev də yardıma qoşulanlar arasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!