Daha bir məşhur şərhçi “İdman” TV-dən ayrıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məşhur şərhçi “İdman” TV-dən ayrıldı - Foto

İdman

15 Sentyabr 2020 21:42 1757


"İdman" TV-də daha bir ayrılıq yaşanıb.

Yenisabah.az xəbər verir ki, tanınmış idman jurnalisti, şərhçi İsmayıl Abdullayev "İdman” TV-dən ayrılıb.

Abdullayev bu yaxınlarda "Neftçi” TV ilə əməkdaşlığa başlamışdı. Eyni zamanda vurğulamışdı ki, paralel olaraq "İdman”dakı işini də davam etdirəcək. Marqarita pizza

Ayrılıq barədə İsmayıl Abdullayev özünün "Facebook” səhifəsində yazıb: "11 illik "İdman TV" karyerama artıq son qoydum. Bu müddət ərzində qazandığım dost və qardaşlardan ayrılmağın çox çətin olacağını bilirəm. Ən əsası, ikinci evimdən, ailəmdən uzaqlaşmaq ağırdır. Amma sizin kimi tamaşaçı, izləyici qazandığım üçün çox xoşbəxtəm. Ümid edir və inanıram ki, bu seçimim xeyirli-uğurlu olacaq”.

Xatırladaq ki, bir müddər əvvəl Ramiz Mirzəzadə "İdman” TV-ni "CBC Sport”a dəyişmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!