Daha bir mina partlayışı - Bu dəfə Ağdamda!

saytların hazırlanması

Evə çatdırılma

Daha bir mina partlayışı - Bu dəfə Ağdamda!

Sosial

06 Aprel 2025 11:12 203


Bu gün Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina partlayışı baş verib.

Yenisabah.az DİN, Baş Prokurorluq və ANAMA mətbuat xidmətlərinə istinadla xəbər verir ki, 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Səbuhi Məmmədov minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. pizza sifarişi

Xatırladaq ki, daha əvvəl ANAMA, əməkdaşının Cəbrayıl rayonunda minaya düşdüyünü bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!