Daha bir müəllim faciəli şəkildə öldü - Foto 

saytların hazırlanması

Evə çatdırılma

Daha bir müəllim faciəli şəkildə öldü - Foto 

Hadisə

23 Fevral 2024 17:04 1456


Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinski müalicə aldığı xəstəxanada vəfat edib. 

Musavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər. 

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, E.Şıxlinski aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.  Sezar pizza

Qeyd edək ki, E.Şıxlinski Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub. 

Qəza hadisəsi isə fevralın 17-də baş verib, həmin vaxt avtomobil yolu keçmək istəyən E.Şıxlinskini vurub. 

Xatırladaq ki, daha əvvəl isə Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarix müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!