Daha bir mülki şəxs minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Daha bir mülki şəxs minaya düşdü

Hadisə

18 Aprel 2021 10:43 490


Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.

Yenisabah.az-ın məlumatına görə, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!