Daha bir narkoman sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir narkoman sürücü tutuldu

Kriminal

25 Dekabr 2021 10:53 1038


Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran rayon ərazisində hərəkətdə olan “VAZ-21124” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən Lənkəran rayon sakini Elşən Nəsirovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Dördpendirli pizza

Müayinənin nəticəsinə əsasən, E.Nəsirovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!