Daha bir ölkə iki rus diplomatını qovdu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkə iki rus diplomatını qovdu

Dünya

23 Dekabr 2020 00:35 969


Kolumbiya kəşfiyyat fəaliyyətlərində şübhəli bilinən iki rusiyalı diplomatı ölkədən qovub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Tiempo” qəzeti Kolumbiya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.

Qovulan şəxslər iki ildən çox ölkədə fəaliyyət göstərən Aleksandr Paristov və Aleksandr Belousovdur. pizza

Məlumata görə, hər iki diplomat Kali şəhərində adamları ələ almaqla məşğul imiş. Bundan başqa onlar hərbi kəşfiyyatla yanaşı, iqtisadi casusluqla da məşğul olub.

Hər iki şəxs Boqota-Amsterdam-Moskva reysi ilə Rusiyaya göndəriliblər.  /Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!