Daha bir ölkə koronavirusun “kökünü kəsdi”

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkə koronavirusun “kökünü kəsdi”

Dünya

27 Aprel 2020 14:55 819


Yeni Zelandiya koronavirusa qalib gələn ölkələr arasına qatılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə baş nazir Casinda Andern açıqlama verib. 

Lakin bu açıqlamaya münasibət bildirən mütəxəssislər qeyd edirlər ki, ölkədə bir neçə gün heç kimin virusa yoluxmaması onun tamamilə yox olduğu anlamına gəlmir. pizza

Bununla belə hazırkı vəziyyətlə əlaqədar, çərşənbə axşamından etibarən Yeni Zelandiya  təhsil müəssisələrinin fəaliyyəti bərpa olunacaq. 

Ancaq əksər insanlardan evdə qalmaları və ünsiyyətdən çəkinmələri tələb olunur.

Qeyd edək ki, bugünədək Yeni Zelandiyada 19 nəfər koronavirus səbəbilə ölüb. Yoluxanların sayı isə 1500 nəfərdən azdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!