Bu gün Vəhdət Partiyasının Baş Məclisinin iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Vəhdət Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Məclisdə 09.02.2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi haqqında Partiya sədrinin məruzəsi dinlənilmiş, geniş islahatlar proqramının tərkib hissəsi kimi zəruri sayılıb. Partiyanın Baş Məclisi seçkilərdə iştirak etmək barədə, Tahir Kərimlinin namizədliyini irəli sürülməsi, digər namizədlərin Partiyanın Siyasi Şurası tərəfində müəyyən edilməsi, 18 nəfərdən ibarət səlahiyyətli nümayəndələrin və 2 nəfərdən ibarət Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin ayrılması barədə qərar qəbul edib. Toyuqlu pizza
Qeyd olunub ki, Vəhdət Partiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların dəstəklənməsi barədə bəyanat qəbul edib.

Telegram kanalımız