Daha bir “patı“ ƏMƏLİYYATI: Onlar SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

Daha bir “patı“ ƏMƏLİYYATI: Onlar SAXLANILDI

Hadisə

15 İyul 2021 12:56 847


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin dövriyyəsində şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum edilmişlər Mahir Qocayev və Vahid Qədimov saxlanılıb.

M.Qocayevin üzərində aparılan baxış zamanı heroin, V.Qədimovun evindən isə 4 bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. Dominos pizza

Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!