Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 4 fakt üzrə tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Yenisabah.az DGK-ya istinadən xəbər verir ki, İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mack" markalı yük avtomobilləri ilə gələn həmin ölkə vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.
Nəqliyyat vasitələrinə kinoloji xidmət itin tətbiqi ilə baxış keçirilib. Bu zaman xidməti itlər avtomobillərin kabinəsinə və qoşqusuna reaksiya veriblər. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Dördpendirli pizza
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız