Daha bir qaçqın düşərgəsi yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qaçqın düşərgəsi yandırıldı

Kriminal

27 Dekabr 2020 09:54 931


Bu gecə Livanda suriyalı qaçqınların yaşadığı düşərgədə yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə France-Press agentliyi xəbər verir.

Məlumata görə, düşərgə sakinləri ilə yerli vətəndaşlar arasında baş verən mübahisədən sonra şiddətli yanğın başlayıb. Dördpendirli pizza

Hadisə nəticəsində yaralananlar var. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi Minie bölgəsində baş verən güclü yanğınla bağlı məlumatı təsdiqləyib və yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.

Ali Komissarlıqdan onu da bildiriblər ki, yanğın bütün çadırlara yayılıb.

Livan milli agentliyi NNA-nın məlumatına görə, çadırları livanlı gənclər qəsdən yandırıb. (APA)

Qeyd edək ki, düşərgədə 75 ailənin yaşadığı söylənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!